“Zirə” Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv III təsnifatda Xorvatiyanın “Osiyek” komandasını üstələyib.
Klubun sabiq futbolçusu Adrian Skarlatake “FutbolPress“ə açıqlamasında “Zirə”nin pley-offa yüksəlməsini şərh etdi:
“Zirə” “Osiyek”ə qarşı çox yaxşı oyun keçirdi. Onlar adına xoşbəxtəm. Bu, “Zirə” və Azərbaycan futbolu üçün böyük nəticədir. Onlar qrup mərhələsinə düşməyə layiqdirlər. “Omoniya” çətin rəqibdir, amma əminəm ki, onları da keçəcəklər.
Bu mərhələyə qədər yaxşı oyunlar oynadılar. İndi daha önəmli duellər olacaq. “Zirə”yə uğurlar arzu edirəm və onları əsas mərhələdə görəcəyimə ümid edirəm”.
Keçmiş müdafiəçi “Zirə”dən belə uğurlu çıxışı gözlədiyini əlavə etdi:
“Zirə”dən bu nəticələri gözləyirdim. Çünki onlar hər il artırırlar. Rəşad Sadıqov uzun müddətdir komandadadır və ona şans verdilər. İndi komanda nəticə göstərməyə başlayıb. Bunlar normal proseslərdir. “Zirə” yaxşı komandadır və nəticələri mənimçün sürpriz deyil”.
Skarlatake 2018-2020-ci illərdə “Zirə”nin formasını geyinib.
Şahin Cəfərov