Skaloni: “Daha yaxşı oynamalı idik”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyaya uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Rəqibi təbrik edirəm. Çətin oyun oldu, bəzi anlarda yaxşı oynamadıq. Rəqib təzyiqini göstərdi və qollar vurmağı bacardı. İstədiyimiz kimi deyildik. Daha yaxşı oynamalı idik”.

Argentina 8 turdan sonra 16 xalla birinci sıradadır.