“Neftçi” legionerini yola saldı

“Neftçi” Andre Şinyaşiki ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar” braziliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayb.

Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.