“Neftçi” Premyer Liqanın XXXIV turunda “Kəpəz”i məğlub edib – 5:1.
Futbolpress.az xəbər verir ki, oyunda üç qol vuran Andre Şinyaşiki fikirlərini “Neftçi TV” ilə bölüşüb:
“Oyuna istədiyimiz kimi başlamadıq, ancaq sonra toparlandıq və yaxşı oyunla qələbə qazandıq. Hansı mövqedə oynamağımın fərqi yoxdur. Məqsədim komandaya kömək etməkdir”.
Şinyaşiki son turlarda performansının yüksəlməsi haqda bunları deyib:
“Azarkeşlər hər zaman məni dəstəkləyirlər. Sosial şəbəkələrdə də bunları görürəm. Çalışıram ki, onların dəstəyinin qarşığını verə bilim”.