Simeone onun klubdan ayrılacağını təsdiqlədi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone portuqaliyalı hücumçu Joao Feliksin komandadan ayrılacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bununla bağlı insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bildirib:

“Feliks komandanı tərk edir? Transfer məsələləri müzakirə edilir. Bu barədə artıq mənə xəbər verilib”.

Daha əvvəl “Çelsi”nin Feliksi transfer etmək istədiyi bildirilib. Portuqaliyalı futbolçu ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.