Silvinyo: “Oyunçularımla qürur duyuram”

Albaniya millisinin baş məşqçisi Silvinyo Avro-2024-də İspaniya ilə qrup mərhələsinin son görüşünü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qrup sonuncusu olmalarına baxmayaraq, komandası ilə qürur duyduğunu deyib:

“Ölkəm və oyunçularımla qürur duyuram. İkinci dəfədir Avropa çempionatında iştirak edirik. Böyük komandalara qarşı mübarizə apara bildik. İspaniyanın irəli xətdə öldürücü gücə malik oyunçuları var. Son illərdə bunu onlarda görməmişdik. İndi daha yaxşı və güclüdürlər. Böyük komandadırlar və hər şeyi qazana bilərlər”.

Albaniya yığması İspaniya, İtaliya və Xorvatiyanın yer aldığı B qrupunu bir xalla sonuncu sırada bitirib.