“Milan”ın sabiq yarımmüdafiəçisi Klarens Sidorfun oğu Denzel Sidorf “rossoniyerilər”in əsas komandasının məşqində iştirak edib.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı futbolçu hazırda “Milan”ın U-18 komandasında çıxış edir. Paulo Fonseka onu ilk dəfə əsas komandayla məşq etməyə dəvət edib.
Denzel 12 yaşında “Milan”ın gənclər komandasına qoşulub və bu mövsüm U-18-də debüt edib.