“Sheki City”dən böyük üstünlük

II Liqanın ən çox tamaşaçı toplayan oyunu I tura təsadüf edib.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, “Sheki City” ilə “Dinamo” arasında görüşdə 1100 izləyici olub. “Lerik” – “Qusar” matçında 900, “Cəbrayıl” – “Füzuli” oyununda 800 seyrçi qeydə alınıb.

II Liqanın 182 oyunundan 6-sı texniki nəticə ilə yekunlaşıb. Digər 176 matçı 24092 tamaşaçı izləyib. Ev oyunlarındakı orta seyrçi sayında Şəki təmsilçisi liderdir. “Ağdaş” bu göstəricidə ikincidir. İlk “üçlüy”ü “Şəmkir” qapayıb.