İsveç millisinin qapıçısı Viktor Yohansson UEFA Millətlər Liqasında Azərbaycanı məğlub etdikləri (3:1) görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verri ki, qolkiper birinci hissədə Ramil Şeydayevin penaltisini dəf etməsindən danışıb:
“Qapıçıyam və işim komandanı xilas etməkdir. Çox xoşbəxtəm və bu həzzi yaşayıram. Oyundan əvvəl penalti haqda danışmışdıq və məşqçim Elfvendal ilə buna da hazırlaşmışdıq. Ona çox sağ ol deyirəm”.