“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Auqsburq”dan Ruben Varqası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vingerlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Varqas 2019-cu ildən “Auqsburq”da çıxış edirdi. İsveçrəli futbolçu Bundesliqada bu mövsüm 8 oyuna çıxıb.