“Transfermarkt” portalında son qiymət yeniləməsindən sonra “Komo”dan iki futbolçunun İtaliya A Seriyasında ən çox dəyəri artanlar sırasındadır.
Futbolpress.az xəbər verir ki, “Komo”nun hücumçusu Asane Diao zirvəyə yüksəlib. 19 yaşlı vingerin qiyməti 16 milyon avro artaraq 25 milyon avroya yüksəlib. Onun komanda yoldaşı, 20 yaşlı yarımmüdafiəçi Niko Pazın qiyməti 15 milyon dollardan artaraq 35-ə çatıb.
Üçüncü yer bir neçə oyunçu arasında bölüşdürülüb. Bunlar “Fiorentina”nın futbolçusu Moise Kin və müdafiəçisi Pietro Komuzzo, “Atalanta”nın hücumçusu Mateo Reteqi və “Bolonya”nın hücumçusu Santyaqo Kastrodur. Hər birinin qiyməti 10 milyon avro artırılıb.