“Şerif”in futbolçusu: “Böyük komandalarla oyunlarda özümü göstərmək istəyirəm”

“Şerif”in futbolçusu Ayak Riyak Avropa Liqasındakı hədəflərindən söz açıb.

Futbolpress.az xəbər verir ki, o, turnir haqda bunları deyib:

“Avrokubokların startını həyəcanla gözləyirəm. Böyük komandalarla oyunlarda özümü göstərmək istəyirəm. “Şerif”in avrokuboklarda kifayət qədər zəngin tarixi var. Qarşıda çətin oyunlar var. Komanda ilə birlikdə inkişaf etməyə və qalib gəlməyə hazıram”.

“Şerif” Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq.