“Şerif”in baş məşqçisi: “Qələbə üçün çox güc sərf etdik”

Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Şerif” oyunundan sonra qonaq komandanın baş məşqçisi Yuri Qura jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Çətin oyun oldu. Penaltilər seriyası lotoreyadır. Buna baxmayaraq, qələbə üçün çox güc sərf etdik. Hər həftə artırırıq. Uşaqlarıma performanslarına görə təşəkkür edirəm.

– Qırmızı vərəqə oyuna nə dərəcə təsir etdi?
– Aydın məsələdir ki, “qırmızı”nın təsiri olur. Ancaq biz ilk dəqiqələrdən qol vurmağa çalışırdıq. Təəssüf ki, alınmadı, bəzi epizodlarda uğursuz oldu. Buna baxmayaraq, vacib qələbəni sonda qazandıq.

– Allaşı nə üçün ilk dəqiqələrdən oynatmadınız?
– O, bizim jokerimizdir. Nəticəni o müəyyənləşdirdi.