Serbiya millisinin üzvü “Atalanta”da

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi “Udineze”də Lazar Samarciçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Atalanta” serbiyalı cinah oyunçusu üçün 20 milyon avro ödəyəcək.

Futbolçu Serbiya yığmasının da üzvüdür.