Sautqeytlə yollar ayrıla bilər – yerinə əsas namizəd də bəllidir

İngiltərə millisində baş məşqçi Qaret Sautqeytlə yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, yerli futbol assosiasiyası mütəxəssisin işindən narazıdır və onunla vidalaşmağı düşünür. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Sautqeytin yerinə artıq əsas namizəd də bəllidir. Bu, “Nyukasl”a rəhbərlik edən Eddi Houdur. Yığmada Sautqeyt göndərilsə, Eddi ilə danışıqlara start veriləcək.

İngiltərə yığması Avro-2024-ün finalında İspaniyaya məğlub olub – 1:2.