Sautqeyti tənqid edən mütəxəssis milliyə əsas namizəddir

İngiltərə millisində baş məşqçi postuna əsas namizəd məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Tottenhem”in çalışdırıcısı Ange Postekoqludur. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Postekoqlu bir neçə gün əvvəl istefaya göndərilən Qaret Sautqeytin yerinə əsas namizəddir.

Mütəxəssis Avro-2024-dəki çıxışına görə İngiltərə yığmasını və baş məşqçi Sautqeyti tənqid etmişdi. O, həmkarının oyun fəlsəfəsinin düzgün olmadığını bildirmişdi:

“Oyunçular daha sərbəst və rahat olmalıdırlar. Komanda yavaş oynayır və bunu dəyişməlidirlər. Bu heyət daha yaxşısını edə bilər. Sadəcə problemləri görmək və həll etmək gərəkdir”.

İngiltərə millisi Avro-2024-ün finalında İspaniyaya uduzub – 1:2.