Sautqeyt və komandası tənqid olundu

İtaliya millisinin sabiq futbolçusu Paulo di Kanio İngiltərə millisinin Avro-2024-də Serbiya ilə ilk oyununu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yığmanı və baş məşqçi Qaret Sautqeyti tənqid edib:

“Bəzi oyunçular fiziki cəhətdən yorğundur və onlara motivasiya verəcək məşqçiləri yoxdur. Antonio Konteni xatırlayın, o, belə situasiyalarda komandanı idarə etməyi bacarırdı. İngiltərə yığması hazırlıqlı deyil. Oyunçular fərdi bacarıqlarına görə nəsə axtarmağa çalışırlar.

Sautqeyt gəncdir, lakin köhnə məktəbin nümayəndəsidir. Mənim vaxtımda elə məşqçilər var idi ki, deyirdilər, özün həll etdi, hər şey səndən asılıdır. İngilislərin güclü komandası var, lakin 30 dəqiqə sonra hamı yoruldu, işlər qaydasında getmədi”.

İngiltərə millisi Serbiyanı 1:0 hesabıyla məğlub edib.