Sautqeyt mətbuatı tənqid etdi

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt açıqlama verib.

Futbolpress.az “talkSPORT”a istinadən xəbər verir ki, mütəxəssis Britaniya mətbuatını tənqid edib:

“Oyunlara qələbə üçün çıxırıq. Hər matça xüsusi hazırlaşırıq, ancaq məşq bitdikdən sonra mediamız məlumatları sızdırır. Rəqiblər artıq nəyi necə edəcəyimizi bilir. Birlikdə işləməliyik. İrəli getmək istəyiriksə, çox çalışmalıyıq”.

İngiltərə millisi Avro-2024-ün yarımfinalında Niderlandla qarşılaşacaq.