Sautqeyt: “Daha irəli getmək istəyiriksə, bundan yaxşı oynamalıyıq”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-də Danimarkaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Turnirdə daha irəli getmək istəyiriksə, bundan yaxşı oynamalıyıq. Matça nəzarəti əlimizdə tuta bilmədik. İlk iki oyunda sərgilədiyimiz performans xəyal qırıqlığı yaşatdı. Oyunları yaxşı təhlil etmək, problemləri aradan qaldırmalıyıq. Səviyyəmiz yüksəkdir, ancaq bunu göstərə bilmirik. Daha yaxşısı etmək potensialımız var. Məsuliyyət məndədir”.

İngiltərə C qrupunda 4 xalla liderdir.