Sautqeyt: “Bütün ölkəmizə tarixi və xüsusi gecə yaşatmaq istəyirik”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün finalında bu gün İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini söyləyib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini bölüşüb:

“Bütün oyunçularım formadadır və hazırdırlar. Final üçün həyacanlıyıq. Turnir boyunca inkişaf edə bildim. Bu oyunçularla işləmək xüsusidir. Hədəfə çatmaq üçün əla fürsətimiz var. Rəqiblə bağlı təhlilləri etmişik. Oyunçularıma çox şey deməyə ehtiyac yoxdur. Onlar hər an düzgn oynamalı və kiçik detallara diqqət etməlidirlər.

Bütün ölkəmizə tarixi və xüsusi gecə yaşatmaq istəyirik. Finalın penaltilər seriyasına gedib-getməyəccəyini bilmirəm. Amma hər şeyə hazır olmalıyıq”.

Görüşə saat 23:00-da start veriləcək.