Sarrinin növbəti dayanacağı Yunanıstan ola bilər

Mauritsio Sarri  “Panatinaikos”a rəhbərlik edə bilər.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Afina klubu mütəxəssisə 3 illik müqavilə təklif edir.

Tərəflər arasında razılıq əldə olunarsa, Sarri ilinə 4.5 milyon avro qazanacaq.

Yunanıstan klubu bir neçə həftə əvvəl türkiyəli mütəxəssis Fatih Terimlə yollarını ayırıb.

Sarri “Napoli”, “Çelsi”, “Yuventus” və “Latsio” kimi klublarda çalışıb.