Sarri yarımsaata 8 siqaret çəkib

İtaliyalı məşqçi Mauritsio Sarri “Corriere Dello Sport”a müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yarımsaatlıq söhbət zamanı 8 siqaret çəkib:

– Yarımsaat keçdi və 8 siqaret çəkdiniz. Bu, zərərli deyil?
– Müayinədən keçmişəm, göstəricilərim normaldır.

Sarri son olaraq “Latsio”nu çalışdırıb. 65 yaşlı mütəxəssis daha əvvəl İtaliyada “Napoli”, “Yuventus”, İngiltərədə “Çelsi”yə rəhbərlik edib. O, hazırda işsizdir.