İngiltərə Premyer Liqasının IV turunda maraqlı rekord qeydə alınıb.
Futbolpress.az xəbər verir ki, turun oyunlarında ümumilikdə 66 sarı vərəqə göstərilib. Bu, çempionat tarixinin rekord göstəricisidir.
Turun dünən baş tutan “Tottenhem” – “Arsenal” oyununda 8, “Vulverhempton” – “Nyukasl” matçında isə 6 “sarı” göstərilib.