Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-ün 1/8 final mərhələsində İspaniyaya məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Birinci hissəni yaxşı keçirdik. Bəzi epizodlarda daha yaxşı oynaya bilərdik. İspaniyanın birinci qolu ofsayd səbəbiylə qeydə alınmamalı idi. VAR-da nə etdiklərini bilmirəm. Bəlkə, fasiləyə üstün yollansaydıq, hər şey fərqli olardı. Amma İspaniya gücünü göstərdi və layiqli qələbə qazandı.
Turnirdə pis çıxış etmədik. Gürcüstanla bağlı xoş təəssürat yarada bildik”.