Millinin yeni baş məşqçisinin təqdimat vaxtı məlum oldu

İyunun 13-də Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.