Azərbaycan millisinin baş məqşçisi Fernando Santuş Yunanıstanın idman şəxsiyyətləri üçün keçirilən “Gala Gazetta” tədbirində mükafatlandırılıb.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Əfsanə” mükafatına sahib olub.
Tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanan Santuş mükafatı alıb və Yunanıstanla olan xüsusi münasibətindən danışıb.
Qeyd edək ki, AEK (2001/2002, 2004/2005 və 2005/2006), “Panatinaykos” (2002/2003) və PAOK (2007/2008 və 2009/2010) komandalarını çalışdırdıqdan sonra Santuş Yunanıstan milli komandasına da rəhbərlik edib. Yunanıstan milli onun rəhbərliyi altında DÇ-2014-ə vəsqiə qazanıb.