Santuş və Bədavi “The Best” mükafatında kimlərə səs verib?

Azərbaycan millisinin kapitanı Bədavi Hüseynovun “The Best” mükafatı sorğusunda kimlərə səs verdiyi məlum olub.

FutbolPress“in məlumatına görə, müdafiəçi birinci yerə “Real”dan Vinisius Junioru layiq görüb. O, braziliyalını 5 xalla qiymətləndirib. Bədavi “Mançester Siti”dən Rodriyə 3, “Real”dan Dani Karvahala isə 1 xal verib.

Millinin baş məşqçisi Fernandu Santuş isə birinci pillə üçün Lamin Yamalı qeyd edib:

Bədavinin səsləri: Vinisius Junior – 5, Rodri – 3, Dani Karvahal – 1
Santuşun səsləri: Lamin Yamal – 5, Vinisius Junior – 3, Rodri – 1.

“The Best” mükafatını Vinisius Junior qazanıb.