Santuş Slovakiyada jurnalistlərlə görüşəcək

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 8-də, Koşitse şəhərindəki Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, hər iki tədbir sentyabrın 7-də olacaq.

7 sentyabr

Slovakiya milli komandası
16:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydançası)
19:00. Mətbuat konfransı (Koşitse Futbol Arenası)

Azərbaycan milli komandası
17:15. Mətbuat konfransı (Koşitse Futbol Arenası)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası)

Qeyd: tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.