Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında sabah İsveçə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Təyinatınızdan sonra birinci dəfə milli ilə çalışdınız. Hazırlıq necə keçdi, nələri gördünüz?
– Çox məşq etməmişik. Əsas rəqibin üstün və zəif cəhətlərini təhlil etmişik. Oyunçular özləri də başa düşür ki, çətinlik olacaq. Vacib olan qələbə istəyidir, futbolçularda bunu görürəm. Milliyə gələnlər yaxşı vəziyyətdədir, demək olar, hamısı klublarında oynayanlardır. Sadəcə onları yığmaya uyğunlaşdırmaq lazımdır.
– Sanki qayğılı görünürsünüz…
– Rəqibi izləmişik. Onları təhlil etmişik və oyunçularımıza izah etmişik ki, onlar nədə yaxşdırlar, nədə boşluqlar verirlər. Futbolçulara əsas izah etdiyimiz onların hücumu zamanı necə müdafiə olunacağımız və hücuma necə çıxacağımızdır. Rəqibin nələrdə güclü olduqlarını başa düşməliyik və qarşılarını almağa çalışmalıyıq.
– Bundan əvvəlki konfransınızda futbolçuların fiziki durumlarının klublarla bağlı olduğunu dediniz. Belə fikir yarandı ki, baş verə biləcək uğursuzluğu əvvəldən siğortaladınız…
– Milliyə gələnlər klublarında mütəmadi oynayır və fikizi formaları yaxşıdır. Səbirli olun, sabah hər şeyi görəcəksiniz.
– Millinin lideri kimdir?
– Oyunçular olaraq heç vaxt fərdi danışmıram.
– Qapıçı mövqeyində kim oynayacaq?
– Əsas heyətlə bağlı hələ qərar verməmişəm.
Şahin Cəfərov