Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında İsveçlə üz-üzə gələcək.
Futbolpress.az xəbər verir ki, yığmanın oyun üçün 23 nəfərlik heyəti məlum olub. Siyahıda “Zirə”nin futbolçusu Qismət Alıyev yer almayıb. Baş məşqçi Fernandu Santuş İsveçlə görüş üçün Qismətin xidmətinə ehtiyac duymayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.