Santuş onlara güvənəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasının II turunda bu gün Slovakiya ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin saat 20:00-da start götürəcək oyun üçün geniş heyəti məlum olub. Zədəli Bəhlul Mustafazadənin əvəzinə heyətə Qismət Alıyev daxil edilib.

Qapıçılar: Rza Cəfərov, Mehdi Cənnətov, Yusif İmanov

Müdafiəçilər: Amin Seydiyev, Elvin Cəfərquliyev, Şəhriyar Əliyev, Rahil Məmmədov, Bədavi Hüseynov, Qismət Alıyev, Abbas Hüseynov

Yarımmüdafiəçilər: Xəyal Nəcəfov, Emil Mustafayev, Coşqun Diniyev, Emin Mahmudov, Ozan Can Kökçü, Elvin Camalov, Toral Bayramov, Ceyhun Nuriyev, Aleksey İsayev

Hücumçular: Renat Dadaşov, Ramil Şeydayev, Rüstəm Əhmədzadə, Nəriman Axundzadə.