Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təyin edildi.
“FutbolPress“in məlumatına görə, mütəxəssisin illik maaşı 1 milyondan daha çox olacaq.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis son iş yeri “Beşiktaş”da 1.5 milyon avroya anlaşıb. Ancaq o 4 ay çalışdıqdan sonra uğursuz nəticələrə görə istefaya göndərilib. İstanbul klubu Santuş və köməkçilərinə isə 865, 487 avro maaşlarını və əlavə 500 min avro təzminat ödəyib.
Daha əvvəl Polşa millisində çalışan mütəxəssisin qazancı isə 1.2 milyon avro olub.