Santuş Estoniyada jurnalistlərlə görüşəcək

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də, Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, tədbirlər oktyabrın 10-da keçiriləcək.

10 oktyabr

Estoniya milli komandası
10:45. Mətbuat konfransı
11:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
17:15. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.