Santuş debütünü İsveçə qarşı edəcək: statistika nə deyir?

Azərbaycan yığması sabah UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq. Milli Tofiq Bəhramov adına Respublika stadionunda İsveçlə üz-üzə gələcək. Görüşə saat 20:00-da start veriləcək.

Azərbaycan yığması buna qədər 4 dəfə İsveçlə qarşılaşıb. Bu görüşlərin 3-də məğlub olan milli yeganə qələbəsini ötən ilin noyabrında Bakıda qazanıb. Həmin görüşdə yığmamız Avropa çempionatının seçmə mərhələsində rəqibini 3 cavabsız qolla məğlub edib.

İsveçlə görüş həm də portuqaliyalı mütəxəssis Fernandu Santuşun yığmadakı ilk sınağı olacaq. Santuş daha əvvəl Portuqaliya millisi ilə bu rəqibə qarşı 4 görüş keçirib. 2020-ci ildə UEFA Millətlər Liqasında İsveçlə qarşılaşan portuqallar hər iki görüşdə qələbə qazanıb – 2:0, 3:0. Santuşun isveçlilərə qarşı yeganə məğlubiyyəti isə 2017-ci ildə yoldaşlıq oyununda olub – 2:3.

Azərbaycan millisi Millətlər Liqaısnın C Liqasının 1-ci qrupunda İsveçlə yanaşı, Estoniya və Slovakiya ilə qarşılaşacaq. Yığmanın növbəti sınağı sentyabrın 8-də Slovakiyaya qarşı olacaq.

Kamil Əhməd