Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Georgi Dermendjiev fikirlərini bölüşdü.
Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı
– Bu mövsüm Çempionlar Liqasında birinci oyunları udub, ikincini uduzmusunuz. Bu, sizi narahat etmir?
– Şansları bərabər hesab edirəm. Düşünürəm ki, cütün taleyi Bolqarıstanda həll olunacaq. Nə baş verəcəyini görəcəyik.
– “Qarabağ” daha çox üstün oynasa da, qol vuran siz oldunuz. Komandanın hansı zəif cəhətini tuta bilmişdiniz?
– Hücum üstünlüyü “Qarabağ”da idi. Onlar böyük qüvvə ilə irəli atıldığı üçün arxada boşluqlar vermişdilər.
– Kayo Vida qırmızı vərəqə aldı. Hakimin qərarı ilə razısınız?
– Bu haqda ətraflı danışmaq istəmirəm. Məyusam ki, digər oyunçumuz Bernard Tekpeteyin ayağı sındı.
– Birinci hissədən sonra oyunçularınıza nələr dediniz?
– “Qarabağ” hücuma çox çıxırdı. Dedim ki, onların müdafiəsində boşluqlar olur və bundan yararlanın.
– Artıq hesabda öndəsiniz. Cavab görüşündə də müdafiədən oynayacaqsız, ya qələbə üçün meydana çıxacaqsınız?
– Hələ heç nə bitməyib. Qarşıda daha bir oyun var.
– Cavab görüşündə vacib iki oyunçunuz olmayacaq. Bu haqda nə düşünürsünüz?
– Bu, bizim üçün çox pisdir. Heyətlə bağlı qərarı oyundan əvvəl verəcəm.
– “Qarabağ” son 10 oyunda səfərdə bir qol olsa da, vurur. Bu statistikanı nəzərə alıb, müdafiədən, ya hücuma yönəlik oynayacaqsınız?
– Bunu açıqlaya bilmərəm. Ağıllı oynamalıyıq ki, qələbə qazanaq.
– Qurban Qurbanov 2022-ci ildə feyr-pley mükafatını qazanıb. Belə bir komandaya qarşı ilk hissədə nə dərəcə ədalətli oynadınız?
– Bu, futboldur. İlk hissədə ciddi nəsə etdiyimizi düşünmürəm.