Sane “Bavariya”dakı gələcəyindən danışdı

“Bavariya”nın vingeri Leroy Sane klubdakı gələcəyi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, Sane hazırda bütün fikrini milli komandaya yönəltdiyini qeyd edib:

“Hər zaman “Bavariya”da çıxış etməkdən həzz aldığımı bildirmişəm. Hazırda klubla ilkin danışıqlar olub. Lakin indi bütün fikrimi milli komanda ilə Avropa çempionatına yönəltmişəm. Turnir bitdikdən sonra yenidən danışıqlara davam edəcəyik”.

Sanenin Münxen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, bu mövsüm 42 matçda 10 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. işəm, milli komanda mənim üçün çox önəmlidir”