Sane “Bavariya”da qalmaq istəyir

Almaniya millisinin futbolçusu Leroy Sane “Bavariya” ilə müqaviləsini uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, Bu barədə jurnalist Florian Plattenberq məlumat yayıb. Sane əsas heyətdəki yerinin saxlanması şərti ilə “Bavariya”da qalmaq istəyir.

28 yaşlı futbolçu İngiltərə klublarının “radar”ındadır. Sanenin ilk seçimi isə “Bavariya” olacaq.

Leroy 2020-ci ildən “Bavariya”da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.