Sanço “Mançester Yunayted”ə qayıtmaq istəmir

İcarə əsasında Dortmund “Borussiya”sında çıxış edən Ceydon Sanço “Mançester Yunayted”ə qayıtmaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

İngilis futbolçu “Borussiya”da özünü yaxşı hiss edir və “qırmızı şeytanlar”a dönmək niyyətində deyil. Vinger klubdan onun transfer hüquqlarını almasını istəyib.

24 yaşlı futbolçu bu mövsüm “Borussiya”da 20 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.