İngiltərəli futbolçu Ceydon Sanço klubunu dəyişib.
Futbolpress.az xəbər verir ki, 24 yaşlı vinger “Mançester Yunayted”dən “Çelsi”yə keçib. Bu barədə klubların mətbuat xidmətləri məlumat yayıb. Sanço 2025-ci ilin yayına kimi icarə əsasında “zadəganlar”da forma geyinəcək.
Ceydon 2021-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, “qırmızı şeytanlar”da 83 oyunda 12 qol vurub.