Samir Abasovun müqavilə detalları məlum oldu

Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir.
Futbolpress.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.
Buna qədər “Sumqayıt” klubunu çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.
Klubla isə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir.