Samir Abasov: “Belə hallarla tez-tez qarşılaşacağıq”

Azərbaycan Premyer Liqasının II turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

–  İkinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik, amma alınmadı. Komanda şəklində yaxşı oyun göstərə bilmədik, amma fərdi şəkildə bəzi oyunçular yaxşı çıxış etdilər. Rəqib öz evində oynayırdı. İlk dəiqələrdən azarkeşlərinin dəstəyi ilə üzərimizdə gəldilər, amma oyunçularımın reaskiyası xoşuma gəldi. Bizim məqsədimiz Konfrans Liqasında oynaya biləcək kollektiv yaratmaqdır və bunu bacaracağıq, çünki futbolçularımın keyfiyyəti buna imkan verir. Oyunçularımın həddən artıq çox üzülüblər. İlk hissədə də pis oynamadıq, sadəcə 1-2 futbolçunun zəif oyunu rəqibin üstünlüyünə gətirib çıxardı. Bir neçə futbolçu oyundan qopursa, gərək digərləri çətin vəziyyəti üzərinə götürə bilsin. Belə hallar çox olacaq və bununla da təcrübə qazanmış olacağıq. İkinci hissədə topa sahib olma bizim tərəfdə idi, amma qol vurmaq mümkün olmadı. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq. Bu məğlubiyyətə çox da pis olmuruq, çünki turlar irəlilədikcə, yaxşı olacağıq.

–  Ehtiyat oyunçular skamyanız çox kassaddır. Bu nə vaxta qədər belə davam edəcək?

–  Artıq bu barədə neçənci dəfədir ki, mənə sual verirsiniz. Məndə eyni şeyi təkrar edirəm. Bu haqda məndən soruşmayın. Transfer yoxdursa, deməli yoxdur. Belə də davam edəcəyik.

 Vuynoviç dərk edir ki bura qol vurmağa gəlib?

–  Vuynoviç dərk edir ki, bura futbol oynamağa gəlib. Ümumən bu gün hücumda istədiyimiz alınmırdı. İlk hissədə başa düşürəm ki, hücum zonasında top saxlaya bilmədik və tez-tez top itirdik deyə heç nə alınmadı. İkinci hissədə rəqib qapanmağa başlayandan sonra bizim üçün daha da çətin oldu.

–  Sizcə, Rezabalaya qarşı qayda pozuntusunda qırmızı vərəqə var idi? 

–  Hakim görməyə bilər, bəs VAR niyə müdaxilə etmədi? Diyəsən meydanda olan hakim atmosferə düşmdüşdü. Mən hakimə ümumən etiraz etdim ki, əlavə dəqiqə daha çox olmalıdır. Yenə deyirəm dəqiq bilmirəm nəyə görə elə qərar verdi, amma VAR müdaxilə etməyə borclu idi.

–  Rövlan Muradov ötən mövsümlə müqayisədə bu il zəif çıxış edir. Futbolçunun hansısa problemi var? Onunla söhbətiniz olubmu? 

–  Rövlan bu gün çox pis oynadı və rəqib bundan istifadə edirdi. Ümumən rəqib istifadə edirdi ya biz buna şərait yaradırdıq bu da bir sualdır. Soyunub-geyinmə otağı dərdini öyrənmək yeri deyil, mən belə şeyləri qəbul etmirəm. Bizim birinci problem bugünkü oyunda qalib gəlmək idi.

–  Hazırki vəziyyətə görə düşünmək olarmı ki, Morata və Ninqa kimi futboçuları göndərməkdə tələskənlik etdiniz?

–  Morata və Ninqa bizim komandaya lazım olmadığı üçün göndərdik. Bu mənim qərarım idi. Biz daha da irəli addım atmaq istəyirik. Zərrə qədər peşman deyiləm. Hansısa oyunçunu göndəririksə, onun yerinə daha yaxşısını gətirməliyik və mən buna inanıram.

–  Konfrans Liqasında oynamaq istəyirik dediniz, amma tsonra dediniz ki, transferlər yoxdur. Belə davam edəcəksə, avrokuboklar üçün mübarizə mümkün olacaq?

–  Mən dedim ki, avrokuboklara gedə biləcək komanda qurmaq istəyirik. Transferlər olmasa da, biz məqsədimizdən dönməyəcəyik. Hazırki heyətlə davam edəcəcəyik. İndi bizim transferlər olmasa, bu o demək deyil ki, məqsədimiz üçün irəliləməyək. 2 oyun oynamışıq və 1 qələbəmiz var, üstəlik çempionat yeni başlayıb. Bizim bu gün əhval-ruhiyyəmiz yaxşıdır və möhkəm komanda yaratmışıq.

–  Siz yeni transfer istəyirsiniz rəhbərlik gətirmir, yoxsa siz ümumiyyətlə transfer istəmirsiniz?

–  Bu suala cavab verməyəcəm.

–  İkinci hissədə cinahlardan hücum olmadı, xüsusilə ortadan gəlirdiniz, bunun səbəbi nə idi?

–  Cinahlardan gəlmək bizim üçün prioritet deyildi. Biz öz futbolçularımızı tanıyırıq, başqa şeylər düşünürdük, amma alınmadı.

Fərrux Həsənli