“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunda “Difai”yə qalib gəldikləri oyundan (6:0) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin birinci liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.