Samirə həm yaraşır, həm yaraşmır…

“Sumqayıt” gərgin mövsümü avrokuboka vəsiqə qənimətiylə bitirdi. Son illər ortabab büdcəylə normal nəticələr qazanan klub bu dəfə Abasovla bu yolu qət etdi.

O Abasov ki, adı 5 ən yaxşı gənc məşqçi arasında çəkilə bilər.

Samir Abasov harda olsa, komandasının sistemlə oynadığını görmüşük. Nəticə həmişə yaxşı olmaya bilər, ancaq bahalı sayılmayacaq heyətlərlə potensialın maksimumuna yaxın fayda verməyi bacarıb.

Bu qəbulolunan məsələdir, o, taktiki savadı yüksək olan mütəxəssisdir.

İndi gəlin görək, Abasovun arzulanmaz tərəfi nədir…

“Neftçi” nə qazandısa, mənim dövrümdə…” – bu nədir?

Bəli, Abasovun çarnaçar işlədiyi “ağ-qaralar” uzun illər sonra çempion oldu. Dediyində həqiqət var. Lakin bunu deməyə gərək varmı?

Avroliqaya vəsiqənin zövqünü yaşamaq, irəli baxmaqdansa, köhnə “haqq-hesabı” çürütmək mənasız, faydasız işdir. İrəli baxmaq, pozitiv olmaq yaraşar…

Öyrəşmişik, Abasovun tərzidir bu. Yaraşır da. Ancaq gedilən yolun böyütdüyü mütəxəssisə – obrazına yaraşırmı? Yox…

Kamil Əhməd