“Şamaxı”nın yeni transferi: “Təklif gəldi və sevinərək qəbul etdim”

Azərbaycanlı futbolçu Vüsal Məsimov “Səbail”dən “Şamaxı”ya keçib.

Müdafiəçi “FutbolPress“ə açıqlamasında klubunu dəyişməsi haqda fikirlərini bölüşdü:

“Hər şey çox yaxşıdır. Təklif gəldi və sevinərək qəbul etdim. “Səbail”lə razılaşıb, yollarımı ayırdıq. “Şamaxı”da çoxdan tanıdığım uşaqlar var. Mənim üçün adaptasiya problemi olmayacaq. Baş məşqçimiz Ayxan Abbasovla da əvvəl işləmişəm. Ona görə hər şeyin qaydasında olacağını düşünürəm”.

Müdafiçə bölgə klubunu seçməsinin səbəbini belə izah etdi:

“Ən yaxşı təklif “Şamaxı”dan idi. Həm də komandanın baş məşqçisi Ayxan müəllim gənc vaxtımda mənə şans verib, məhz ilk dəfə onun başçılığı altında Premyer Liqada oynamışam”.

Şahin Cəfərov