“Şamaxı”nın yayda heyətinə qatdığı Conatan Benteke hələ Premyer Liqada qol hesabını aça bilməyib.
“FutbolPress“in məlumatına görə, konqolu forvard çempionatda 10 matçda meydana çıxıb, ancaq nə məhsuldar ötürmə edib, nə qol vurub.
Böyük ümidlərlə sıralara cəlb olunan hücumçu bu mövsüm yeganə qolu ölkə kubokunda “Şəmkir”lə oyunda olub. Qol yollarında sıxıntı çəkən “şirlər” çempionatda ən az qol vuran iki komandadan biridir – 8 qol. Ən az qol vuran isə “Kəpəz”dir – 7 qol.