“Şamaxı”nın daha bir rəqibi məlum oldu

“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.
Futbolpress.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv toplanış zamanı üçüncü yoxlama oyununu keçirəcək və bu matçda “Cəbrayıl”la qarşılaşacaq.
Oyun 23 iyul, saat 18:00-da Şamaxı şəhər stadionunda start götürəcək.
“Şamaxı” buna qədər “Kəpəz”i (2:1) və “Pelikan”ı (5:0) məğlub edib.