“Şamaxı”dan yeni transfer

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” müdafiəçi Rafael Məhərrəmlini heyətinə qatıb. Oyunçu ilə bir illik müqavilə imzalanıb.

Məhərrəmlinin son ünvanı “Səbail” olub.