“Şamaxı”dan hücumçu transferi

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, “şirlər” hücumçu Mikael Tique Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” olub.