“Şamaxı”dan darmadağın

“Şamaxı” yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, “Pelikan”la qarşılaşan “şirlər” 5:0 hesabı ilə qalib gəlib.
“Şamaxı”nın heyətində Conatan Benteke, Ramin Əhmədov, Belajdi Pusi və Elşad Tağıyev (2) fərqlənib.
Komanda bundan əvvəl sınaq matçında “Kəpəz”i məğlub edib – 2:1.