“Şamaxı”dan ayrılan futbolçu I Liqaya üz tutdu

“Şamaxı”dan ayrılan Kənan Quliyevin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Karvan”la razılaşıb. Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Quliyevlə 1 illik müqavilə imzalanıb.

“Karvan” yeni mövsümdə I Liqada mübarizə aparacaq.